news-details

Qazaxıstandan Azərbaycana aviareyslər tezliklə bərpa olunacaq

Qazaxıstandan Azərbaycana, Çinə və Cənubi Koreyaya aviareyslər tezliklə bərpa olunacaq.

Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsinin sədri Talqat Lastayev beynəlxalq hava əlaqəsinin mərhələli uçuşlarının bərpa olunmasını aşıqlayıb.

 

İlkin mərhələyə Azərbaycan, Çin, və Cənubi Koreya ölkələri daxil olub.

Birinci mərhələdə beynəlxalq uçuşlar koronavirusa yoluxma riskinin aşağı olduğu ölkələrlə Səhiyyə Nazirliyinin tövsiyəsinə uyğun həyata keçiriləcək.

Talqat Lastayevin sözlərinə görə, mayın 29-dan bu məsələnin sözügedən dövlətlərin aviasiya nümayəndələri ilə birgə müzakirəsinə başlanılacaq. İkinci mərhələdə isə Türkiyə, BƏƏ, Almaniya, Tayland və Çexiya ilə hava əlaqəsi yenidən başlayacaq.

Bu reyslər dərhal başlanmayacaq, bütün instansiyaların razılaşdırılması və epidemioloji vəziyyətdən asılı olaraq ciddi sanitar qaydalara əməl olunmaqla bərpa işləri aparılacaq.