news-details

Cari ildə qlobal neft tələbatı sutkada 101 milyon barrel olacaq

2020-ci ildə qlobal neft tələbatının gündəlik 101 milyon barrel olacağı nəzərdə tutulur.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, cari ildə neftə olan gündəlik tələbatda 36 milyon 300 min barrel ilə Asiya-Sakit Okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 100 min barrellə Amerika qitəsi və 15 milyon barrel ilə Avropa qərarlaşacaq.

Hibya Xəbər Agentliyi